Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust üçün milli komandaların yenilənmiş dünya reytinqini açıqlayıb.
Reytinq hər ölkənin ən güclü 10 şahmatçısının orta ELO göstəricisi əsasında hesablanır. Ölkəmizin kişilərdən ibarət millisi 2627 reytinq xalı ilə bir pillə irəliləyərək 6-cı yerə yüksəlib. Qadınlardan ibarət yığma isə 2302 xalla əvvəlki kimi 11-ci sıradadır.
Qarışıq reytinqdə də öl mövqeyini qoruyub. Millimiz 2465 xalla 9-cu pillədə qərarlaşıb.
Kişi komandalarının reytinqinə 2723 xalla ABŞ, qadınların siyahısına isə 2484 xalla Çin başçılıq edir. Çin 2573 xalla qarışıq reytinqdə də lider mövqeyini saxlayır.