“Barselona”nın təcrübəli qapıçısı Voytsex Şensnı siqaret asılılığı ilə bağlı səmimi etiraf edib.
36 yaşlı polşalı qolkiper The Athletic nəşrinə müsahibəsində nikotin asılılığını və bunu həyatındakı ən böyük zəifliklərdən biri adlandırıb.
“Bu, dəhşətli vərdişdir. Heç vaxt heç kimə siqaret çəkməyi tövsiyə etmərəm. İnsanlar bundan uzaq durmalıdırlar. Təəssüf ki, bu mənim zəif cəhətlərimdən biridir və artıq bununla barışmışam”, – deyə Şensnı vurğulayıb.
Təcrübəli qapıçı qeyd edib ki, futbol aləmində nikotin, alkoqol və qumar asılılığından əziyyət çəkən çoxlu insan var. Onun sözlərinə görə, fərq ondadır ki, bu barədə açıq danışan azsaylı futbolçulardan biridir.
“Bu, mübarizə aparmağa çalışdığım bir problem deyil. Mən bunun mövcudluğunu qəbul etmişəm. Ola bilsin ki, məhz buna görə insanlar məni səmimi hesab edirlər”, – deyə o əlavə edib.
Şensnının siqaretə olan münasibəti futbol ictimaiyyətinə yeni deyil. O, hələ “Arsenal”da çıxış etdiyi dövrdə paltardəyişmə otağının duş hissəsində siqaret çəkdiyinə görə klub tərəfindən dəfələrlə cərimələnib.
Hazırda “Barselona”da Joan Qarsiyanın ehtiyatçısı olan Şensnı yeni mövsümə hazırlaşır. Kataloniya təmsilçisi La Liqa-2026/2027-yə avqustun 23-də səfərdə “Elçe” ilə oyunla start verəcək.