Millinin vingeri Murad Məmmədovun çıxış etdiyi Kiprin “Pafos” klubu Avropa Liqasının II təsnifat mərhələsində möhtəşəm geridönüşə imza atıb. İlk oyunda səfərdə Xorvatiyanın “Hayduk” komandasına 0:2 hesabı ilə uduzan Kipr təmsilçisi cavab qarşılaşmasında rəqibini 4:0 hesabı ilə darmadağın edərək növbəti mərhələyə adlayıb.
Murad Məmmədov görüşün 82-ci dəqiqəsində, hesab 1:0 olarkən meydana daxil olub və komandasının tarixi kambekinin iştirakçılarından birinə çevrilib. İki oyunun ümumi nəticəsində rəqibini üstələyən “Pafos” III təsnifat mərhələsində Avstriya “Zaltsburq”u ilə qarşılaşacaq.