FİDE prezidenti səlahiyyətlərini dondurdu, onun vəzifəsini Vişvanatan Anand icra edəcək

24.07.26 | 12:56
Digər növlər

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç vəzifəsinin icrasını müvəqqəti olaraq dayandırıb. Bu barədə ali şahmat qurumunun mətbuat xidməti rəsmi məlumat yayıb.

Qərara Avropa İttifaqının Dvorkoviçi 21-ci sanksiyalar siyahısına daxil etməsi səbəb olub. Çıxarılan qərarı qanunsuz və ədalətsiz adlandıran FİDE rəhbəri bütün hüquqi vasitələrlə buna etiraz edəcəyini bildirib.

O, məhkəmənin yekun qərarınadək sanksiyaların təşkilatın işinə mane olmaması üçün bu step-i atdığını vurğulayıb: «Məhkəmə prosesi bitənədək bu sanksiyalar FİDE-nin normal fəaliyyətinə kölgə sala bilər. Təşkilatın maraqlarını nəzərə alaraq, prezident səlahiyyətlərimi könüllü şəkildə dərhal dondurmaq qərarına gəldim».

FİDE-nin nizamnaməsinə uyğun olaraq, prezidentin səlahiyyətlərini müvəqqəti olaraq təşkilatın vitse-prezidenti, şahmat üzrə 15-ci dünya çempionu Vişvanatan Anand icra edəcək.

Xatırladaq ki, Arkadi Dvorkoviç 2018-ci ildən FİDE-nin prezidentidir. O, 2022-ci ildə keçirilən seçkilərdə ikinci dəfə bu vəzifəyə seçilmişdi.

Paylaş:

Xəbər Lenti

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57