Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11
Dünya futbolu

İngiltərə yığmasının kapitanı Harri Keyn builki Dünya Çempionatında möhtəşəm çıxışı ilə diqqət mərkəzindədir. Ulduz futbolçunun yaşıl meydanlardakı uğurlarının arxasında isə tribunalardan onu daim dəstəkləyən həyat yoldaşı – uşaqlıq sevgisi Keti Qudlend dayanır. Mətbuatla ünsiyyətdən uzaq durmağa üstünlük verən Keti, millinin və Keynin oyunlarını davamlı olaraq stadiondan izləyir.

Şərqi Londonda böyüyən və eyni ibtidai məktəbdə təhsil alan həmyaşıd cütlüyün münasibətləri uşaqlıq illərinə təsadüf edir. “People” jurnalının məlumatına görə, onlar hətta məktəbin buraxılış gecəsinə də birlikdə qatılıblar.

Keyn illər əvvəl “Esquire” nəşrinə verdiyi müsahibədə bu barədə belə danışıb: “Biz eyni məktəbdə oxumuşuq, ona görə də o, mənim bütün karyeramın şahidi olub”.

Keti isə futbolçunun əzmkarlığını və məqsədyönlülüyünü “Instagram” hesabında etdiyi köhnə bir paylaşımla belə xatırlayır: “Münasibətimizin ilk vaxtlarında bizə gəlib qardaşım Tom və itimiz Şeymusla oynayarkən bir gün İngiltərə millisinin kapitanı olacağamdediyində sənə gülmüşdüm. Amma sən belə insansan – qarşına məqsəd qoyur və ona çatırsan”.

Keyn 2017-ci ildə Baham adalarında istirahət edərkən Keti Qudlendə evlilik təklifi edib və “o, hə deyib!” başlığı ilə nişan fotosunu paylaşıb. İki il sonra isə cütlük rəsmən ailə həyatı qurub. Hücumçu toy fotolarını “Nəhayət ki, ən yaxın dostumla evləndim” şərhi ilə izləyicilərinə təqdim edib.

Ailəsinin onun üçün balans yaradıcı faktor olduğunu vurğulayan kapitan bildirir: Uşaqlıq sevgimlə birlikdə olduğum üçün çox şanslıyam. O, hər zaman öz məqsədlərinin arxasınca gedib, universitetdə oxuyub və çox çalışıb. Hazırkı mövqeyimə çatmağım üçün mənim qədər əmək sərf edən və məni tarazlıqda saxlayan möhtəşəm ailəm var”. Cütlüyün dörd övladı var – qızları Ayvi və Vivyen, oğulları isə Lui və Henri. Keti 365 mindən çox izləyicisi olan “Instagram” hesabında mütəmadi olaraq Dünya Çempionatı matçlarından, stadionlardan və Keynlə olan şəxsi həyatından fotolar paylaşır.

Paylaş:

Xəbər Lenti

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41

Yamal sehri: Ulduz vinger İspaniyanın talismanına çevrilib

15.07.26 | 12:26