UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində təmsilçimiz “Sabah”ın II raunddakı potensial rəqibləri – Finlandiyanın KuPS və Şimali Makedoniyanın “Vardar” klubları arasında cavab oyunu keçirilib.
Kuopio şəhərində baş tutan qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Buna baxmayaraq, Skoplyedəki ilk matçda 2:0 hesabı ilə qalib gələn KuPS iki oyunun nəticəsinə görə (4:3) növbəti mərhələyə vəsiqə qazanan tərəf olub.