İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53
Dünya futbolu

Fransa yığmasının 1/4 finalda Mərakeş üzərində qələbə qazandığı matçda (2:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan 27 yaşlı Kilian Mbappe, bu gün İspaniyaya qarşı keçiriləcək yarımfinal görüşü öncəsi əsas müzakirə mövzusudur.

Xatırladaq ki, Mərakeşlə oyunun 76-cı dəqiqəsində topuğundan zədə alaraq əvəzlənən hücumçu matçdan sonra vəziyyətinin təhlükəli olmadığını bildirsə də, onun forması ilə bağlı suallar hələ də qalır. “RMC Sport”un məlumatına görə, Mbappe bazar ertəsi komandanın ümumi məşqinə qatılmayıb.

O, fiziki hazırlıq üzrə məşqçi Siril Muanın nəzarəti altında fərdi çalışıb. Media üçün açıq olan hissədə yüngül qaçış edən və hücumların tamamlanması üzrə işləyən futbolçunun zərbə endirdikdən sonra ağrıdan üzünü qırışdırması diqqətdən qaçmayıb. Yeri gəlmişkən, İbrahima Konate və Uorren Zair-Emeri də fərdi məşqlə kifayətləniblər.

Bütün bu qeyri-müəyyənliklərə baxmayaraq, Mbappenin İspaniya ilə oyuna start heyətdə çıxacağı gözlənilir. Fransa millisinin baş məşqçisi Didye Deşam isə mətbuat konfransında ajiotajı yatıraraq azarkeşləri sakitləşdirib: Kilian öyaxşı hiss edir. İnsan 100 faizdən artıq hazır ola bilməz, o isə matça 100 faiz hazırdır”. Mütəxəssis hücumçunun fərdi çalışması ilə bağlı jurnalistlərin suallarına isə belə cavab verib: Onun da, digər oyunçular kimi, iyirmi dəqiqə əvəzinə yalnız on dəqiqə məşq etmək hüququ var”.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24