Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Sloveniya təlim-məşq toplanışını dəyərləndirib. O, yeni transferlərin adaptasiya prosesindən danışıb və Konfrans Liqasına hazırlıq səviyyəsini şərh edib: “Sloveniya toplanışı uğurla başa çatdı, futbolçular kifayət qədər yaxşı fiziki yük aldılar. Ən çox razı qaldığım qarşılaşma məhz “Osiyek”lə oyun (0:1) oldu. Məğlubiyyətə baxmayaraq, meydanda yüksək temp və sürət nümayiş etdirdik. Komandanın tədricən arzulanan formaya düşdüyü aydın görünür. Məğlubiyyət psixoloji cəhətdən müəyyən diskomfort yaratsa da, əsas məsələ bu deyil. Ən sevindirici məqam toplanışı itkisiz başa vurmağımızdır və Bakıya zədəsiz və tam heyətlə döndük”.

Komandaya bir neçə gün istirahət verəcəyini bildirən mütəxəssis, avrokubok oyunu öncəsi son hazırlıq mərhələsinə toxunub. İyulun 23-də Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ilk matçına çıxacaq “flaqman”ın rəqibi iyulun 16-da keçiriləcək püşkatmada bəlli olacaq. Vernidubun sözlərinə görə, hər şey planlaşdırıldığı kimi davam edir.

Ukraynalı baş məşqçi yeni gələnlərin komandaya tez uyğunlaşdığını və heyəti gücləndirdiyini bildirib. Lakin o, bəzi mövqelərdə hələ də oyunçu çatışmazlığı olduğunu gizlətməyib: “Yeni transferlərin adaptasiya prosesi məni razı salır, bir-birləri ilə yaxşı anlaşırlar. Düşünürəm ki, onların gəlişi ilə gücləndik. Eyni zamanda, heyətdə qalan futbolçuları da qeyd etməliyəm və komandanın özəyi artıq formalaşıb.

Bununla belə, heyətin tam komplektləşdiyini demək olmaz. Bəzi mövqelər var ki, kimisə zədələnsə, dərhal problem yaşayacağıq. Bu istiqamətdə işləyirik. Komandanı gücləndirə biləcək gənc futbolçuları cəlb etmək üçün əlimizdən gələni edəcəyik”.

Bakıdakı 8 günlük bünövrə hazırlığından sonra Sloveniyada 4 yoxlama matçına (1 qələbə, 3 məğlubiyyət) çıxan “ağ-qaralar”ın baş məşqçisi Vernidub sınaq oyunlarının nəticələrini və rəqiblərin səviyyəsini də dəyərləndirib. Komanda təlim-məşq toplanışı çərçivəsində “Partizan” və “ÇFR Kluj” kimi Avrokuboklarda mübarizə aparacaq iddialı klublarla yanaşı, Xorvatiyanın köklü təmsilçisi “Osiyek”lə də üz-üzə gəlib. Yekun olaraq təcrübəli mütəxəssis vurğulayıb: “Sınaq matçlarında qarşılaşdığımız rəqiblər kifayət qədər dişli idi. Ümumilikdə yaxşı toplanış dövrü keçirdiyimiz üçün Konfrans Liqasına tam hazır olduğumuzu düşünürəm. Ən vacibi isə hər kəsin Bakıya zədəsiz və sağ-salamat qayıtmasıdır”.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24