Kabo Verde millisinin dünya çempionatındakı tarixi debütü və 40 yaşlı qapıçı Vozinyanın İspaniyaya qarşı möhtəşəm oyunu elmdə də əks-səni tapıb. İspaniyalı alim Xesus Ortea Kabo Verde sahillərində kəşf etdiyi yeni dəniz ilbizi (mollyusk) növünə təcrübəli qapıçının şərəfinə “Aldisa vozinhai” adını qoyub.
Əvvəllər Kabo Verdenin dəniz biomüxtəlifliyinin tədqiqinə görə bu ölkənin dövlət mükafatına layiq görülmüş ispan alim bu addımı ilə yerli idmana olan heyranlığını ifadə edib: “Bu adı Vozinyaya dünya çempionatının debüt matçında İspaniyaya qarşı göstərdiyi müstəsna oyuna görə verdik. O, milli qürur rəmzinə çevrilərək gələcək nəsillərə ilham verdi və Kabo Verdeni dünya futbol xəritəsinə həkk etdi”.
Beləliklə, cəmi 4 millimetr ölçüsü olan bu kiçik dəniz canlısı, Kabo-Verde futbolunun ən böyük uğurlarından birini okean dərinliklərində yaşatmağa davam edəcək.