Mundialın 1/4 final oyunu öncəsi Argentinada rəqibi psixoloji təzyiq altında saxlamaq üçün maraqlı addım atılıb. Ölkənin ən böyük dondurma mağazaları şəbəkəsi olan “Grido Helado”, Argentina – İsveçrə matçı başa çatana qədər “İsveçrə şokoladlı” dondurmaların satışını dayandırıb.
Argentina Futbol Assosiasiyasının rəsmi tərəfdaşı olan şirkət bu qərarı rəqibi bir növ “dondurmaq” məqsədilə qəbul etdiyini açıqlayıb. Qurumun yaydığı rəsmi bəyanatda “Biz İsveçrə şokoladı satmırıq, yalnız yerli Argentina məhsullarına üstünlük veririk” ifadələri yer alıb. Şəbəkə rəhbərliyi, həmçinin azarkeşləri turnir boyu İsveçrə şokoladlarını soyuducuda “həbs etməyə” çağırıb. Xatırladaq ki, dünya çempionatının yarımfinalına vəsiqə uğrunda keçiriləcək Argentina – İsveçrə qarşılaşması bazar günü baş tutacaq.