Kamilo Duran: “Seltik”ə keçidim gerçəkləşən arzudur”

10.07.26 | 13:31
Dünya futbolu

“Qarabağ”ın kolumbiyalı hücumçusu Kamilo Duran karyerasını Şotlandiya nəhəngi “Seltik”də davam etdirəcək. 24 yaşlı forvard yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

Ağdam təmsilçisindən ayrılaraq “Seltik”in Portuqaliyadakı təlim-məşq toplanışına qoşulan Duran, klubun rəsmi saytına və televiziya kanalına verdiyi açıqlamada yeni karyera mərhələsini şərh edib.

“Seltik”in ona olan marağını eşidən andan qərarını verdiyini bildirən kolumbiyalı oyunçu, Şotlandiya çempionu kimi böyük bir kluba keçidin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Seltik” kimi nəhəng bir kluba transfer olunmaq mənim üçün gerçəkləşən arzudur. Mənə maraq göstərildiyini eşidən an heç bir tərəddüd etmədən təklifi qəbul etdim. Artıq yeni komanda yoldaşlarımla birlikdə hazırlıqlara başlamışam və meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”.

Duranın əsas motivasiya mənbələrindən biri yenidən UEFA Çempionlar Liqasında mübarizə aparmaqdır. Ötən mövsüm bu turnirdə fərqlənməyin onun üçün unudulmaz bir his olduğunu deyən futbolçu, “Seltik” forması ilə bu uğuru təkrarlamaq niyyətindədir: “Çempionlar Liqasında oynamaq və qol vurmaq hər bir uşağın arzusudur. “Qarabağ”da bu hissi yaşamaq möhtəşəm idi. İndi isə həmin uğuru “Seltik”in heyətində də davam etdirmək, azarkeşlərimizi sevindirmək istəyirəm. Hər matçda böyük əzmkarlıq və fədakarlıqla mübarizə aparıram. Ümid edirəm ki, zəhmətimin bəhrəsi olaraq qollar da gələcək”.

“Seltik”in heyətində çıxış edəcək ilk kolumbiyalı futbolçu olmasının məsuliyyətini dərk etdiyini bildirən Duran, bu keçidin həm də milli komandaya dəvət almaq üçün ideal şans olduğunu qeyd edib: “Bu, mənim üçün böyük şərəfdir. Uşaqlıqdan arzum Kolumbiya milli komandasının formasını geyinmək olub. İnanıram ki, “Seltik”dəki uğurlu çıxışım bu arzuma çatmağıma kömək edəcək”.

Baş məşqçinin etimadını doğrultmağın əsas vəzifələrindən biri olduğunu deyən hücumçu, komanda ilə qarşılarına qoyduqları hədəfləri də açıqlayıb: “Baş məşqçiyə burada olduğum üçün nə qədər xoşbəxt olduğumu bildirdim. Ümid edirəm ki, meydandakı oyunumla onun etimadını doğruldacağam. Bu formanı geyinmək böyük qürurdur və əsas hədəfimiz bu mövsüm də çempionluq titulunu qorumaqdır”. Qeyd edək ki, artıq yeni komandası ilə məşqlərə qoşulan Kamilo Duran, “Seltik”in hücum xəttindəki rəqabəti gücləndirəcək əsas fiqurlardan biri kimi nəzərdən keçirilir.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24