UEFA İnfantinonu devirmək planı qurur: Prezidentliyə rəqib namizəd hazırlanır

06.07.26 | 12:32
Dünya futbolu

UEFA rəhbərliyi 2027-ci ildə keçiriləcək FIFA prezidenti seçkilərində qurumun hazırkı rəhbəri Canni İnfantinoya qarşı güclü rəqib irəli sürməyi planlayır.

Narazılığın səbəbi nədir? “The Guardian” nəşrinin yaydığı məlumata görə, futbol rəsmiləri arasında ciddi çat yaradan hadisə DÇ-2026 zamanı baş verib. FIFA-nın ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasını təxirə salması böyük narazılıq doğurub. Bu qərardan sonra UEFA və digər qitə konfederasiyalarının rəhbərləri İnfantinonu postundan uzaqlaşdırmaq üçün gizli müzakirələri intensivləşdiriblər.

Hazırda dünya futbolunun pərdəarxasında ciddi narazılıq dalğası yaşanır. Bir çox aparıcı futbol funksioneri ali futbol qurumunda köklü rəhbərlik dəyişikliyinin vaxtının artıq çoxdan çatdığını iddia edir. Lakin rəsmi strukturlarda İnfantino idarəçiliyinə qarşı narazılıq pik həddə çatsa da, hələlik mövcud rəhbərliyə açıq şəkildə meydan oxumağa və namizədliyini irəli sürməyə cəsarət edən konkret bir isim ortaya çıxmayıb. Müxalif cəbhə hələ ki gizli şəkildə koalisiya qurmaqla kifayətlənir.

Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir. O, 2019 və 2023-cü illərdə keçirilən seçkilərdə də bu postu qorumağı bacarıb.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09