UEFA Avropa Liqasının I təsnifat mərhələsində Ağdam “Qarabağ”nın rəqibi olan İslandiyanın “Vestri” komandası ölkə çempionatında növbəti oyununa çıxıb.
I divizionda mübarizə aparan İsfyordur təmsilçisi 12-ci tur çərçivəsində “Qrindavik”i qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb – 0:0.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran “Vestri” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” və “Vestri” komandaları arasındakı ilk oyun iyulun 9-da, cavab matçı isə iyulun 16-da keçiriləcək.