İtaliyanın “Napoli” klubu baş məşqçi postuna Massimiliano Alleqrini gətirdiyini rəsmən açıqlayıb. 58 yaşlı mütəxəssis ötən mövsümün sonunda komandadan ayrılan Antonio Konteni əvəzləyib. İtaliyanın vitse-çempionu ilə Alleqri arasında 2029-cu ilə qədər müqavilə imzalanıb.
Karyerasında “Yuventus” (2014–2019, 2021–2024) və “Milan”ı (2010–2014, 2025–2026) çalışdıran Alleqri, hazırda ölkənin ən titullu məşqçisidir. Onun aktivində “Yuventus”la 5, “Milan”la isə 1 skudetto, həmçinin turinlilərlə iki Çempionlar Liqası finalı var.
Buna baxmayaraq, təcrübəli mütəxəssisin “Milan”dakı son mövsümü uğursuz alınıb. Komandanın çempionatı 5-ci pillədə başa vuraraq ÇL-dən kənarda qalması səbəbindən Alleqri və idman departamentinin 3 əməkdaşı mayın 25-də istefaya göndərilib.
2025/26 mövsümünün bitməsindən sonra İtaliya çempionatının 20 klubundan 9-da baş məşqçi dəyişikliyi baş verib. “Napoli” ilə yanaşı, “Milan” portuqaliyalı Ruben Amorimi, “Atalanta” Maurisio Sarrini, “Fiorentina” isə Fabio Qrossonu sükan arxasına gətirib.