Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah” üçüncü yoxlama oyununa çıxıb. Ruslan Rotanın rəhbərlik etdiyi Ukrayna “Polissya”sı ilə qarşılaşan “bayquşlar” meydanı böyük hesablı məğlubiyyətlə tərk ediblər – 1:4.
Azarkeşlər və media üçün qapalı keçən matçda Ukrayna təmsilçisinin qollarını Leandru Andrade (22), Oleq Fedor (37), Boris Kruşinski (58) və İqor Krasnopir (90) vurublar. “Sabah”ın təsəlli qoluna isə 48-ci dəqiqədə Simiç imza atıb.
Xatırladaq ki, “Sabah” Avstriya toplanışı çərçivəsində keçirdiyi əvvəlki iki görüşdə Rumıniya “Universitatya”sı (1:1) və Macarıstan “Ferentsvaroş”u (1:1) ilə heç-heçə edib.