Bakının “Şafa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi anqolalı mərkəz müdafiəçisi Aleksandr Abel ilə razılıq əldə edib və t ərəflər arasında 1 illik müqavilə imzalanacaq. Ötən mövsümü icarə əsasında Portuqaliyanın “Portimonense” komandasında keçirib. Müqavilə ilə məxsus olduğu Anqolanın “Saqrada” klubu ilə sözləşməsi başa çatdığı üçün “Şafa”ya azad agent kimi qoşulacaq. Mərkəz müdafiəçisi ötən mövsüm Portuqaliyanın 2-ci liqasında 18 oyunda meydana çıxıb və 1 qol vurub.