Millimizin və Xorvatiya “Varajdin”asının yarımmüdafiəçisi Rüfət Abdullazadənin yeni komandası bəlli olub. 25 yaşlı futbolçu icarə əsasında İsrailin “İroni” (Kiryat-Şmona) klubuna keçib. Tərəflər arasında artıq rəsmi müqavilə imzalanıb.
Xatırladaq ki, Abdullazadə ötən mövsümün ikinci yarısını da icarə əsasında “Zirə”nin heyətində keçirmişdi.