Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün daha iki yoxlama matçına çıxacaq. Qurban Qurbanovun yetirmələri gün ərzində iki sınaq matçına çıxacaq. Komanda günün ilk yarısında, saat 15:00-da Ukraynanın “Xarkov”, axşam saat 19:30-da isə Macarıstanın “Ferentsvaroş” klubu ilə qüvvəsini sınayacaq.
Xatırladaq ki, “köhlən atlar” toplanış çərçivəsində keçirdiyi ilk sınaq matçında Avstriyanın “Tirol” klubunu darmadağın edib – 4:0.