Dünya çempionatının ən tanınmış azarkeşi Lumumba Vea ABŞ-a buraxılmasa da, komandası tribunada onun yoxluğunu hiss etdirmədi.
Konqo DR yığması Özbəkistanı 3:1 hesabı ilə məğlub edərək DÇ-2026-nın növbəti mərhələsinə vəsiqə qazandı. Viza ala bilmədiyi üçün komandasına Atlantadakı stadiondan dəstək verə bilməyən Lumumba Veanın yoxluğunda, konqolu azarkeşlər tribunada ona xüsusi jest ediblər. Hətta fanatlardan biri Lumumbanın rəmzi obrazını canlandıraraq onun yerini doldurmağa çalışıb. Matçı dostları ilə birlikdə ekrandan izləyən məşhur azarkeş bu mənzərə qarşısında duyğusal anlar yaşayıb.
Tarixi uğura imza atan Afrika təmsilçisi 1/16 finalda İngiltərə ilə qarşılaşacaq. Çətin sınaq iyulun 1-də baş tutacaq.