Qana millisinin baş məşqçisi Karluş Keyruş ESPN-ə açıqlamasında Dünya Çempionatında iştirakçı sayının 48-ə çatdırılması qərarını tənqid edib. Təcrübəli portuqaliyalı mütəxəssis bu addımın turnirin nüfuzuna xələl gətirəcəyini bildirib:
“Bu qədər komandanın olması Dünya Çempionatını sıradan bir yarışa çevirmək riski daşıyır. Turnirin əsl dəyəri onun eksklüzivliyində və burada iştirak etməyin nadir bir imtiyaz olmasındadır. Şəxsi fikrim belədir, lakin təəssüf ki, müasir futbolda artıq pullar hökmranlıq edir”.
Xatırladaq ki, Keyruşun rəhbərlik etdiyi Qana yığması L qrupunda Panama üzərində qələbə qazanıb, İngiltərə ilə bərabərə qalıb və Xorvatiyaya uduzaraq, qrup üçüncüsü kimi pley-offa vəsiqə qazanıb. “Qara ulduzlar” 1/16 finalda K qrupunun lideri Kolumbiya ilə qarşılaşacaq.