Ayın əvvəlində “Araz-Naxçıvan”la yollarını ayıran Coşqun Diniyev karyerasını xaricdə davam etdirməyə hazırlaşır.
30 yaşlı yarımmüdafiəçi bir neçə əcnəbi klubdan təklif alıb. Təcrübəli futbolçunun yaxın günlərdə yeni komandasını seçəcəyi gözlənilir.
Qeyd edək ki, ötən ilin avqustunda “Araz-Naxçıvan”a transfer olunan Diniyev, bundan əvvəl (2023-2024-cü illərdə) Türkiyə findasında legioner həyatı yaşayıb.