“Qarabağ”ın vingeri Leandro Andradenin Ukraynanın “Polissya” klubuna transferinin maliyyə detalları bəlli olub.
“Transfermarkt” portalının yaydığı məlumata görə, Ukrayna təmsilçisi bu keçid üçün Ağdam klubuna 3 milyon avro (təxminən 5.8 milyon manat) təzminat ödəyib.
Qeyd edək ki, “Polissya” Kabo-Verde millisinin üzvü ilə 3 illik müqavilə imzalayıb.