Norveçlilər Edeqor və Holanna istirahət verməklə ikinci sıra ilə barışdıqlarını nümayiş etdirdi. Fransa isə oyuna tam ciddiliyi ilə yanaşaraq rəqibini darmadağın etdi. Dembele 32 dəqiqəyə het-trik edərək Oleq Salenkonun 1994-cü ildə etdiyi rekordu təkrarladı. Digər oyunda isə Seneqalın bəxti gətirdi. 13-cü dəqiqədən azlıqda qalan İraq müqavimət göstərə bilmədi və aeneqallılardan 5 cavabsız qol yedi. Afrikalılar yaratdıqları top fərqi ilə qrupdan çıxmaq imkanını xeyli yazşılaşdırdı.
Dünya Kuboku, I qrupu, 3-cü tur
Norveç – Fransa 1:4
Seneqal – İraq 5:0
