İlk iki turda Ekvadorun bəxti gətirməmişdi. Cənubi Amerikalılar yaxşı oynasalar da cəmi 1 xal qazanmışdılar. Ekvadorlular hətta Kürasao ilə oyunda da saysız hesabsız hücumlar etsələr də, qol vura bilməmişdilər. Almaniyq ilə oyun da onlar üçün pis başladı. Artıq 2-ci dəqiqədə Leroy Sane hesabı açdı. Lakin birinci sıranı təmin etmiş Almaniya üçün bu görüşün əhəmiyyəti yox idi. Ekvador cəsarətlə irəli atıldı və tezliklə bərabərliyi bərpa etdi. İkinci hissədə isə qələbə topunu vuraraq sensasiya etdi. Qələbəyə baxmayaraq komanda 3-cü pillədə qaldı. Gözlənildiyi kimi Kot d’İvuar Kürasaonu məğlub edərək ikinci sıranı özündə saxladı.
Dünya Kuboku, E qrupu, 3-cü tur
Ekvador – Almaniya 2:1
Qollar: Anqulo, 9; Plata, 78 – Sane, 2.
Baş hakim: Tori Penso (ABŞ)
Ekvador: Qalindes, Franko (Presiado, 64), Ordonyes, Paço, İnkapie (Estupinyan, 71), Yeboa (Torres, 85), Vite, M. Kaysedo, Anqulo (X. Kaysedo, 85), Plata, Enner Valensiya.
Almaniya: Noyer, Kimmix (Tiav, 60), Rüdiger, Ta, Raum, Nmeça (Bayer, 64), Pavloviç (Ştiller, 46), Sane, Musiala, Virts (Qross, 74), Haverts (Undav, 60).
Xəbərdarlıqlar: İnkapie (43), Franko (50), Plata (89) – Pavloviç (44).
Stadion: «MetLife Stadium» (Nyu-York / Şərqi Ruterford, ABŞ).
Kürasao – Kot-d’İvuar 0:2
Qollar: Pepe, 7; 64.
Baş hakim: Qlenn Nyuberq (İsveç)
Kürasao: Rom, Brenet (Sambo, 90+1), Qari (Kastaneyer, 77), Obispo, Floranus, Fonvill (Noslin, 77), Çonq, Komenensiya, L. Bakuna, J. Bakuna, Lokadiya (Kuvas, 90+1).
Kot-d’İvuar: Y. Fofana, Due, U. Diomande, Kossunu, Operi, Diallo (Ulai, 46), Kessie (Seri, 77), Sanqare, Y. Diomande (Ture, 67), Pepe (Vai, 67), Bonni (Diakite, 67).
Xəbərdarlıqlar: J. Bakuna (75), Kastaneyer (85).
Stadion: «BMO Fild» (Toronto, Kanada).
