“Turan Tovuz” klubu seneqallı hücumçu İbrahim Vaci ilə əməkdaşlığa son qoyub. Baş məşqçi Qurban Berdiyevin xidmətində maraqlı olmadığı 31 yaşlı seneqallı hücumçu ilə başa çatan müqavilə uzadılmayıb. Xatırladaq ki, seneqallı forvard ötən ilin yayında Qərb klubuna keçmişdi.