Portuqaliya Özbəkistanı darmadağın etdi

23.06.26 | 23:11
Dünya futbolu

İlk turda gözlənilmədən Konqo ilə oyunda heç-heçə edən Portuqaliya millisi bütün acığını mundialın debütantı Özbəkistanın üzərinə tökdü. İlk oyunda tənqid olunan Ronaldu bu dəfə dubl edərək qələbədə əhəmiyyətli rol oynadı.

Bundan başqa Kriştianu tənqidlərə rekordlarla cavab verdi. O, 6 fərqli dünya çempionatında qol vuran yeganə futbolçu kimi əlçatmaz bir rekorda imza atdı. Bununla da bitmədi; o, 41 yaş 138 günlüyündə rəqib qapısına yol taparaq, Lionel Messini geridə qoydu və mundiallar tarixinin ən yaşlı dubl müəllifi oldu. Eyni zamanda, dünya çempionatlarındakı qol sayını 10-a çatdıran forvard, Portuqaliya futbolunun əfsanəsi Eysebionun rekordunu təzələyərək millinin DÇ tarihindəki ən məhsuldar oyunçusu ünvanına sahib çıxdı.

Dünka Kuboku, K qrupu, 2-ci tur

Portuqaliya – Özbəkistan 5:0

Hyuston. NRG stadionu. 68777 tamaşaçı.

Hakim: Calal Cayed (Mərakeş)

Portuqaliya: Dioqu Koşta, Joao Kanselu (Semedu, 46), Ruben Diaş, Veyqa, Nunu Mendeş, Joao Neveş (Bernardu Silva, 76), Vitinya (Leau, 83), Pedru Netu (Fr. Konseysau, 46), Brunu Fernandeş, Joao Feliks (Trinkan, 64), Ronaldu.

Özbəkistan: Nemətov, Kərimov (Ciyanov, 90+2), Xusanov, Abdullayev, Nəsrullayev (Mozqovoy, 46), Qaniyev, Şukurov (Esanov, 90+2), Xamrobekov (Alicanov, 46), Fayzullayev (Sergeyev, 73), Şomuradov.

Qollar: Ronaldu, 6; 39. Nunu Mendeş, 17. Nemətov, 60-avtoqol. Leau, 87.

Sarı vərəqələr: Xamrobekov, 14. Veyqa, 68.

Paylaş:

Xəbər Lenti

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41

Yamal sehri: Ulduz vinger İspaniyanın talismanına çevrilib

15.07.26 | 12:26