İordaniya millisi tarixi qələbə qazanmağa və qrupdan çıxmaq şansını saxlamağa yaxın idi. Bir saatdan artıq hesabda irəli olan iordaniyalılar sona qədər müqavimət göstərə bilmədilər. Əlcəzair daha təcrübəli və istəkli olması hesabına oyunun taleyini öz xeyrinə dəyişdi və iradəli qələbə qazanmaqla şansını saxladı. İndi İordaniyanı çətin Argentina oyunu gözləyir. Əlcəzair isə Avstriya ilə oyunda heç-heçəyə ümid edib qrupdan çıxa bilər.
Dünya Kuboku, J qrupu, 2-ci tur
İordaniya – Əlcəzair 1:2
Santa-Kalara. «Livays Stedium»
Hakim: Slavki Vinçiç (Sloveniya)
İordaniya: Abulaila, Nasib, Abudahab (Obaid, 90), Al-Arab, Haddad, Al-Ravabdeh, Abutaha (Haşeeş, 85), Al-Raşdan, Olvan (Şarara, 90), Al-Tamari (Azaize, 84), Al-Mardi (Faxuri, 76).
Əlcəzair: Zidan, Mandi, Ait-Nuri (Hacam, 85), Belghali, Bensebani, Zerruki (Bentaleb, 45), Çaibi, Budaui (Benbuali, 45), Maza, Quiri (Belaid, 86), Mahrez (Mussa, 76).
Qollar: Əl-Raşdan, 36 – Benbuali, 69. Quiri, 82.
Sarı vərəqlər: Zerruki, 44. Abudahab, 64.
