Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olunub

20.06.26 | 14:56
Ölkə futbolu

Bu gün Olimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzinin stadionunda görkəmli futbol məşqçisi Hüseyn İsmayılovun anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib.

Mərhum məşqçinin yetirmələrinin, futbol veteranlarının və media nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə jurnalist İlqar Tağıyev açıb. O, çıxışında Hüseyn İsmayılovun həyat və fəaliyyətindən bəhs edərək, Azərbaycan futbolunun inkişafında göstərdiyi xidmətləri xüsusi vurğulayıb.


İlqar Tağıyev qeyd edib ki, Hüseyn İsmayılov uzun illər ərzində gənc futbolçuların yetişməsində mühüm rol oynayıb. Onun rəhbərliyi altında formalaşan Fərrux İsmayılov, Samir Əliyev, Samir Musayev, Rizvan Fərzəliyev, Zaur Ramazanov və Müşfiq Qənbərov kimi futbolçular sonradan ölkə futbolunun tanınmış simalarına çevrilərək Azərbaycan milli komandalarının şərəfini qoruyublar.


Tədbirdə çıxış edən Hüseyn İsmayılovun yetirmələri Fərrux İsmayılov, Araz Əliyev və Rövşən Babayev məşqçiləri ilə bağlı xatirələrini bölüşüb, onun həm peşəkar mütəxəssis, həm də qayğıkeş insan kimi yaddaşlarda qaldığını bildiriblər.


Məşqçinin oğlu Taleh İsmayılov isə belə bir tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb. O qeyd edib ki, Hüseyn İsmayılovun yetirmələrinin bu gün də məşqçi və mütəxəssis kimi Azərbaycan futboluna xidmət etməsi onun məktəbinin yaşadığını göstərir.


Yubiley tədbiri çərçivəsində maraqlı futbol qarşılaşması da təşkil olunub. Bir vaxtlar Hüseyn İsmayılovun təsis etdiyi “Naxçıvan” komandası ilə jurnalist və veteran futbolçulardan ibarət “Media Team” komandası arasında keçirilən yoldaşlıq oyunu 7:7 hesablı heç-heçə ilə başa çatıb.


Qeyd edək ki, Hüseyn İsmayılov Azərbaycan futbolunda gənc istedadların üzə çıxarılması və onların peşəkar futbolçu kimi formalaşmasında mühüm xidmətləri ilə yadda qalıb. Onun yetişdirdiyi futbolçular müxtəlif illərdə ölkə futbolunun uğurlarında əhəmiyyətli pay sahibi olublar.

Hüseyn İsmayılov SSRİ-nin dağıldığı son böhranlı illərində və ölkəmizin müstəqilliyinin ilk illərində, yəni ən çətin dövrdə öz fədakarlığı, futbola olan sevgi və xüsusi diqqəti ilə uşaq və yeniyetmə futbolunun ayaqda qalmasında böyük rolu olub. Məhz bu səbəbdəndir ki, illər sonra da onun yetirmələri və futbol ictimaiyyəti onu hörmət və sevgi ilə yada salırlar.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41