Braziliya Haiti üzərində rahat qələbə qazandı

20.06.26 | 08:30
Dünya futbolu

DÇ-2026-nın C qrupunda liderlik mübarizəsi Mərakeş və Braziliya arasında gedir. İlk turda bu iki nəhəngin duelində bərabərlik (1:1) qeydə alındığı üçün onlar indi qiyabi yarışa başlayıblar. Şotlandiya və Haiti isə favoritlərin işini çətinləşdirməyə çalışır.

Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisinin rəqibi isə iddiaları olduqca təvazökar olan Haiti idi. Çoxları “beşqat çempionlar”ın qələbəsini öncədən proqnozlaşdırırdı; yeganə vəzifə turnirdə növbəti sensasiyaya imkan verməmək idi. İlk yarı göstərdi ki, komandanın turniröncəsi forması necə olursa-olsun, bu rəqib “pentaçempionlar” üçün problem yaradacaq gücdə deyil.

Braziliyalılar üçün ilk hissənin yeganə neqativ məqamı Rafinyanın zədələnməsi oldu. Hücumçu əvvəlcə potensial qollu epizodlarda iki dəfə oyundankənar vəziyyətə, ardınca isə meydanın mərkəzində yerə əyləşərək əvəzlənməsini istədi. Komandanın hücum xəttindəki liderini itirmək təhlükəsi artıq həkimlərin həll etməli olduğu bir məsələdir.

Lakin bu itki “selesao”nun matçdakı qələbə şanslarına təsir etmədi. Rafinya əvəzlənməmişdən öncə Lukas Paketa parlaq oyunu ilə diqqət çəkdi və sol cinahdan üç təhlükəli əks-hücum təşkil etdi. Bu epizodların ikisini Mateus Kunya, birini isə qolla yanaşı məhsuldar ötürmə ilə də yaddan qalan Vinisius Junior tamamladı.

Braziliya ilk hissəni yüngül məşq tempində keçirsə də, fasilədən sonra eyni temp görmədik. Təbii ki, bu, favoritlərin şüurlu seçimi idi – qol şousu göstərmək əvəzinə, güclərini qorumağa və enerjini turnirin növbəti ağır matçlarına saxlamağa üstünlük verdilər. Haitinin cəhdləri isə sadəcə cəhd olaraq qaldı. Sebastyan Minyenin yetirmələri üçün bu hücumlar turnirdəki son təsəlli addımları idi.

Dünya kuboku. C qrupu, 2-ci tur

Braziliya – Haiti – 3:0

Qollar: Kunya (24, 36), Vinisius (45+3)

Baş hakim: Alexandro Ernandes (İspaniya)

Braziliya: Alisson – Duqlas Santos, Qabriel, Markinyos, Danilo da Silva – Qimaraes (Ederson Lourenso, 81), Kazemiro – Vinisius (Danilo Oliveyra, 81), Paketa (Martinelli, 64), Rafinya (Rayan, 40) – Kunya (Endrik, 64).

Haiti: Plasid – Eksperiens, Delkrua, Düvern, Ade, Arküs (Simon, 46) – Providens (Jozeff, 71), Belqard (Etyenn, 81), Jan-Jak, Kazimir (Didson, 63) – Pyero (Izidor, 46).

Xəbərdarlıqlar: Duqlas Santos (65) – Arküs (4), Pyero (45+4), Jan-Jak (72)

Stadion: “Linkoln Faynenşl Fild” (Filadelfiya, ABŞ)

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41