Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında növbəti məğlubiyyətini alıb. Boris Qrebennikovun rəhbərlik etdiyi komanda turnir çərçivəsində Bakıda keçirdiyi 5-ci matçda Macarıstan yığmasını qəbul edib – 3:1 (25:19, 22:25, 29:27, 25:16).
Xatırladaq ki, komandamız bundan əvvəlki dörd qarşılaşmada da meydanı quru hesabla məğlub tərk edib: Yunanıstan (0:3), İsveç (0:3), Rumıniya (0:3) və İspaniya (0:3).
Hazırda turnir cədvəlində xalı olmayan “milli” 27 komanda arasında 26-cı pillədə qərarlaşıb. Voleybolçularımız növbəti oyununu iyunun 21-də Portuqaliya yığmasına qarşı keçirəcək.