DÇ-də şok ittiham: Vahini polis tərəfindən saxlanılıb

17.06.26 | 22:58
Dünya futbolu

Mundialda çıxış edən Kot d’İvuar millisinin və “Nitsa”nın hücumçusu Eli Vahi danışılmış oyunlar və qeyri-qanuni mərc qalmaqalı ilə gündəmə gəlib. 23 yaşlı futbolçunun turnir start ərəfəsində polis tərəfindən saxlanıldığı məlum olub.

The Athletic nəşrinin məlumatına görə, fransız polisi Vahini mayın 29-da saxlayıb. Araşdırmanın mərkəzində isə futbolçunun mayın 17-də Fransa Liqa 1-də “Mets”lə oyunda aldığı sarı vərəqə dayanır. Araşdırmalara görə, oyunun gedişində Vahinin Sadibu Saneyə qarşı etdiyi kobudluğa və məhz həmin an alacağı sarı vərəqəyə anomal dərəcədə yüksək məbləğdə mərclər edilib.

Prokurorluq Kot d’İvuar millisinin ulduz hücumçusunun saxlanılması faktını təsdiqləyib. İstintaq çərçivəsində futbolçuya qarşı mütəşəkkil dələduzluq, idmanda korrupsiya, həmçinin cinayət yolu ilə əldə edilmiş gəlirlərin mənimsənilməsi və çirkli pulların yuyulması kimi ağır maddələr üzrə şübhələr irəli sürülüb. Vahi dindirildikdən sonra rəsmi ittiham olunmadan sərbəst buraxılsa da, hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Bu gizli araşdırmadan xəbərsiz olan Kot d’İvuar millisi iyunun 15-də Ekvadora qarşı keçirdiyi ilk matçda Vahiyə şans verib. Meydanda 56 dəqiqə qalan və bir zərbəsi dirəkdən qayıdan hücumçunun həbsi barədə rəsmi açıqlama verilməmişdi.

The Athletic məsələ ilə bağlı FİFA, Kot d’İvuar Futbol Federasiyası və futbolçunun özünə sorğu göndərib. FİFA oyunçunun həbsindən mundial öncəsi xəbərdar olub-olmaması ilə bağlı sualları cavablandırmaqdan imtina edib. 

Paylaş:

Xəbər Lenti

Messinin göz yaşlarının səbəbi idman deyil, ailə dramıdır

17.06.26 | 23:01

DÇ-də şok ittiham: Vahini polis tərəfindən saxlanılıb

17.06.26 | 22:58

Mbappe və Kamavinqanın məsləhəti işə yaradı: Olise “Real”a “hə” dedi

17.06.26 | 22:28

Ronaldo üçün tarixi oyunda Portuqaliya xal itirdi

17.06.26 | 21:48

“Qarabağ”dan 4-cü transfer: Bruno Lanqa rəsmən Ağdam klubunda

17.06.26 | 21:21

Sadıqov: “Sonda mərhələ keçən tərəf olmaq istəyirik”

17.06.26 | 18:37

Ağdamlılar Medina ilə vidalaşdı

17.06.26 | 16:20

Konfrans Liqasında püşk atıldı: Təmsilçilərimizin potensial rəqibləri bəlli oldu

17.06.26 | 16:18

Millimiz Ulan-Bator “Böyük Dəbilqə”sinə tam heyətlə yollanır

17.06.26 | 16:05

Messi və Mbappe zirvə uğrunda amansız mübarizədə!

17.06.26 | 16:54

“Qarabağ”dan milyonluq transfer: Fabrisio Romano və MARCA təsdiqlədi          

17.06.26 | 16:48

Avropa Liqasında püşk atıldı: “Qarabağ”ın II mərhələdəki potensial rəqibləri bəllidir

17.06.26 | 16:57

“Araz-Naxçıvan” Ülvi İsgəndərovla müqaviləni yenilədi

17.06.26 | 14:26

“Sabah”ın ÇL-dəki potensial rəqibi: “Vardar” və ya “KuPS”

17.06.26 | 14:37

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15

Avstriya İordaniya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19