“Qarabağ” müdafiəçisi Kevin Medina ilə vidalaşdığını rəsmən açıqlayıb. Xəbəri Ağdam klubu rəsmi “Instagram” hesabı vasitəsilə ictimaiyyətə çatdırıb.
Xatırladaq ki, 2020-ci ilin yayından bəri “Köhlən atlar”ın şərəfini qoruyan kolumbiyalı müdafiəçi, bu müddət ərzində ümumilikdə 204 matçda meydana çıxıb. Maraqlıdır ki, təcrübəli futbolçunun Ağdam klubu ilə növbəti mövsümün sonuna qədər qüvvədə olan müqaviləsi var idi.