Millinin müdafiəçisi Cəlal Hüseynov karyerasını Rumıniya çempionatında davam etdirəcək.
23 yaşlı mərkəz müdafiəçisi Superliqa çıxış edən “Petrolul” klubu ilə rəsmi müqavilə imzalayıb. Klubdan verilən məlumata görə, tərəflər arasında 2 illik sözləşmə imzalanıb.
Gənc futbolçunun son iş yeri Bolqarıstan “Arda”sı olub. Hüseynovun Rumıniya təmsilçisinə keçidi, onun Avropa karyerasında yeni və iddialı bir səhifə hesab etmək olar.