Ölkə futbolunda legioner transferi reallaşmaq üzrədir. Gənclərdən ibarət yığmamızın və “Turan-Tovuz”un hücumçusu Sadiq Şafiyev karyerasını Slovakiyada davam etdirməyə çox yaxındır.
Gənc forvardın Slovakiya təmsilçisi “Petrjalka” ilə rəsmi danışıqlar apardığı və tərəflərin böyük ölçüdə razılığa gəldiyi bildirilir. Keçidin yaxın günlərdə rəsmən elan olunacağı gözlənilir.
Hazırda Slovakiyanın ikinci liqasında çıxış etməsinə baxmayaraq, “Petrjalka” ölkəsinin köklü klublarındamdır. Klub iki dəfə Slovakiya çempionluğunun sevincini yaşayıb. Komanda futbol ictimaiyyətinə daha çox 2005/06 mövsümündən tanışdır. Həmin vaxt “Artmedia” adı ilə çıxış edən Slovakiya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq Avropada səs salmağı bacarmışdı.