Yığmanın baş məşqçisi Ayxan Abbasovun Macarıstanın Sombatxey şəhərində Malta ilə keçiriləcək yoldaşlıq oyunundan öncə təşkil olunacaq mətbuat konfransının vaxtı dəyişdirilib.
Əvvəlcə iyunun 4-ü, Bakı vaxtı ilə saat 19:30-a planlaşdırılan görüş bir saat sonraya keçirilib. Beləliklə, mətbuat konfransı saat 20:30-da başlayacaq.
Dəyişiklik milli komandanın son məşqinin vaxtına da təsir edib. Komandanın hazırlıq prosesi saat 21:30-a keçirilib. Qeyd edək ki, məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.
Xatırladaq ki, iyunun 5-də keçiriləcək Azərbaycan – Malta qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.