Kevin Kiqan: “Mənim heykəlimi ölümümü gözləmədən ucaltmayın”

01.06.26 | 22:39
Dünya futbolu

Futbol dünyasının əfsanəvi simalarından biri, ikiqat “Qızıl top” sahibi Kevin Kiqan ağır xəstəliklə mübarizə aparır. 75 yaşlı mütəxəssis dördüncü mərhələ xərçəngdən əziyyət çəkir və xəstəlik artıq orqanizminin digər hissələrinə də yayılmaqdadır.

Keçən il müalicəsində müsbət dinamika müşahidə olunsa da, hazırda vəziyyətin kritikləşdiyi bildirilir. “Daily Mail” nəşrinə açıqlama verən Kiqan, emosional anlar yaşayaraq “Nyukasl” azarkeşləri ilə vidalaşmaq arzusunda olduğunu bildirib: “Mənim üçün ser Bobbi Robson və Alan Şirer kimi “Sent-Ceyms Park” stadionunun qarşısında heykəl ucaldılmasını istərdimmi? Xeyr, bunun üçün mənim ölümümü gözləməlisiniz. Mənim üçün ən böyük abidə insanların mənə olan münasibəti və xatirələridir. Lakin “Nyukasl” azarkeşləri ilə vidalaşmaq istəyirəm, çünki klubu sonuncu dəfə tərk edəndə buna fürsətim olmamışdı. Sizdən bir xahişim var: mən həyatdan köçənə qədər heykəlimin ucaldılmasına icazə verməyin”.

Futbolçu kimi “Liverpul”un əfsanəsinə çevrilən Kiqan, Mersisayd klubunda keçirdiyi 6 il ərzində unudulmaz izlər qoyub. O, “qırmızılar”ın heyətində Çempionlar Kuboku (indiki Çempionlar Liqası), üç dəfə İngiltərə çempionluğu, iki dəfə UEFA Kuboku və İngiltərə Kubokunu qazanıb. “Hamburq”, “Sautqempton”, “Nyukasl” və “Skantorp”un şərəfini qorumuş əfsanə, 1978 və 1979-cu illərdə “Qızıl top” mükafatına layiq görülüb.

Məşqçilik karyerasında “Mançester Siti”, “Fulhem” və İngiltərə millisinə rəhbərlik edib. Lakin Kiqanın adının ən çox hallandığı və azarkeşlərin qəlbində xüsusi yer tutduğu klub məhz “Nyukasl” olaraq qalır.image.png

Paylaş:

Xəbər Lenti

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27