Çempionlar Liqasının 2025/26 mövsümünün həlledici finalı azarkeşlərin yaddaşında uzun müddət qalacaq. PSJ və “Arsenal” arasında keçirilən qarşılaşma turnir tarixində penaltilər seriyası ilə nəticələnən 8-ci final kimi qeydə alınıb.
Gərgin keçən əsas və əlavə vaxt 1:1 hesabı ilə yekunlaşdığından, kubokun sahibini müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrinə ehtiyac duyulub. Penaltilər seriyasında daha dəqiq oynayan tərəf PSJ olub.
2015/16 mövsümündən bəri, “Real ” və “Atletiko” arasındakı tarixi finaldan düz 10 il sonra — ÇL finalında penaltilərin tətbiq olunduğu ilk haldır.
Çempionlar Liqası tarixində penaltilər seriyası ilə bitən final matçları:
Mövsüm Finalçılar Əsas vaxt Penaltilər seriyası
1995/96 Yuventus – Ayaks 1:1 4:2
2000/01 Bavariya – Valensiya 1:1 5:4
2002/03 Milan – Yuventus 0:0 3:2
2004/05 Liverpul – Milan 3:3 3:2
2007/08 Mançester Yunayted – Çelsi 1:1 6:5
2011/12 Çelsi – Bavariya 1:1 4:3
2015/16 Real Madrid – Atletiko 1:1 5:3
2025/26 PSJ – Arsenal 1:1 4:3