Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatı gərgin idman mübarizəsi ilə davam edir. Bu gün yarış iştirakçıları 6-cı turun oyunlarına çıxacaqlar.
Turnir cədvəlində hazırkı vəziyyətə görə, Şahmatçılarımız arasında ən yaxşı göstərici Ülviyyə Fətəliyevaya məxsusdur. Hesabında 4 xalı olan təmsilçimiz hazırda 6-cı pillədə qərarlaşaraq liderlər qrupunda yer alıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət olan çempionatda ümumilikdə 166 şahmatçı mübarizə aparır. Xatırladaq ki, Ülviyyə Fətəliyeva 2024-cü ildə keçirilmiş analoji turnirin qalibi olub. Turnirə iyunun 5-də yekun vurulacaq.