Millinin hücumçusu Renat Dadaşovun da gələcək karyerasına aydınlıq gəlir. Polşa “Motor”u ilə yollarını ayıran 27 yaşlı forvard Aralıq dənizi sahillərinə yollana bilər.
Kiprin köklü klublarından olan “Anortosis” daxil olmaqla, bu ölkənin daha iki təmsilçisi millimizin üzvünü heyətinə qatmaqda israrlıdır. Yay transfer pəncərəsində azad agent statusu daşıyan Dadaşovun özünün də karyerasını daha isti iqlimi olan Kiprdə davam etdirməyə isti yanaşdığı gələn xəbərlər arasındadır.