Polşa Futbol Federasiyasının rəsmi məlumatına görə, “Qarabağın”ın qolkiperi mayın 31-də Ukrayna, iyunun 3-də isə Nigeriya yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunları üçün millinin heyətinə cəlb olunub. Hər iki qarşılaşma Polşada baş tutacaq.
Xatırladaq ki, Koxalski cari mövsüm “Qarabağ”ın heyətində göstərdiyi inamlı oyunla diqqət mərkəzinə düşüb.