“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç sosial media hesabında başa çatan mövsümü dəyərləndirib.
Monteneqrolu futbolçu “Instagram” hesabında mövsümün onun üçün yaddaqalan olduğunu vurğulayıb: “Daha bir mövsümün sonuna çatdıq. Bütün mövsüm boyu davam edən bu səyahət, mənim üçün əsrlər boyu yaddaşlardan silinməyəcək bir xatirəyə çevrildi. Bu yolda mənə dəstək olan, bu inanılmaz anları yaşamağıma və təkcə futbolda deyil, həyatda da dəyərli dərslər almağıma imkan yaradan hər kəsə təşəkkür edirəm. Bu, çox əyləncəli, həm də çətin və kifayət qədər öyrədici bir təcrübə oldu. İndi isə diqqətimi tamamilə milli komandanın oyunlarına yönəltməyin zamanıdır”.