Kurban Berdiyevdən hakimlik ittihamı: “Meydandakı aqressiyanın səbəbkarı onlar idi”

16.05.26 | 20:45
Ölkə futbolu

Premyer Liqanın 32-ci turunda səfərdə “Şamaxı”ya 2:3 hesabı ilə uduzan “Turan-Tovuz”un baş məşqçisi Kurban Berdiyev qarşılaşmadan sonra mətbuat konfransında iddialı və maraqlı açıqlamalarla yadda qalıb.

Təcrübəli mütəxəssis komandasının zəif oyunundan, avrokubok təminatının komandaya psixoloji təsirindən bəhs edib və referilərin idarəçiliyinə üstüörtülü mesaj göndərib.

Matçın ilk yarısındakı sönük oyunu etiraf edən Berdiyev, hakimlikdən narazı qaldığını gizlətməyib: “İlk hissədə çox pis oynadıq. Amma xahiş edirəm, mənə hakimlə bağlı sual verməyin, bu barədə danışmayacam. İkinci hissədə isə daha aqressiv futbol sərgilədik, hesabı bərabərləşdirməyi də bacardıq. Təəssüf ki, ardınca yenidən qapımızda qol gördük”.

“Turan-Tovuz”un artıq avrokuboklara vəsiqəni təmin etməsinin futbolçularda arxayınlıq yaradıb-yaratmadığı sualına baş məşqçinin cavabı belə olub: “Müəyyən mənada bəli, təsir etdi. Çünki ilk hissədə ciddi diqqətsizliklər var idi. Lakin ikinci yarıdakı oyuna görə futbolçularıma təşəkkür etdim, çünki matçın axarını dəyişə bildik. Sonda o qolu buraxmasaydıq, hər şey daha yaxşı olardı. İlk hissədəki bəzi səhvlərlə barışmaq olar, amma rəqib də çox aqressiv oynayırdı. İkinci topların qazanılmasında gecikirdik. Fasilədən sonra bu çatışmazlıqları aradan qaldıra bildik”.

Hər iki komandanın aşırı aqressiv mübarizə aparmasına toxunan Kurban Berdiyev, bunun birbaşa ədalət təmsilçilərinin qərarları ilə bağlı olduğunu vurğulayıb: “Meydandakı o aqressivlik və gərginlik sırf hakimliyə görə baş verirdi”.

Gələn mövsüm ölkəmizi Avropada təmsil edəcək Qərb klubunun transfer planları barədə danışan Berdiyev, axtarışların davam etdiyini bildirib: Yeni oyunçularıaxtarışı hazırda da davam edir, lə ki, yekun ticə yoxdur. Rəhbərliklə transfer sayını müzakirə etmişik. Hər şey tapacağımız keyfiyyətli futbolçuların sayından asılı olacaq”.

Paylaş:

Xəbər Lenti

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03