Azərbaycan futbolunda mövsümün ən maraqlı və həlledici anlarından biri yaxınlaşır. Futbol üzrə ölkə kubokunun final qarşılaşmasında “Sabah” və “Zirə” klubları üz-üzə gələcək. Paytaxt derbisi statusu daşıyan bu oyun təkcə kubok uğrunda mübarizə deyil, həm də prestij və avrokuboklara gedən yol baxımından böyük əhəmiyyət kəsb edir.
Final qarşılaşmasına azarkeş marağı gözləniləndən də yüksəkdir. Verilən son məlumatlara görə, satışa çıxarılan biletlərdən artıq 7000-dən çoxu öz sahibini tapıb. Ümumi tutumu 8131 nəfər olan “Palms Sports Arena”da oyun saatına qədər bütün biletlərin satılacağı və tribunalarda boş yer qalmayacağı ehtimal olunur. Bu, ölkə kuboku finalları tarixində azarkeş fəallığı baxımından diqqətçəkən göstəricilərdən biridir.
Bu qarşılaşma xüsusilə “Zirə” üçün həlledici xarakter daşıyır. Avrokuboklara vəsiqə qazanmaq və mövsümü titulla yekunlaşdırmaq hədəfi komandanın motivasiyasını maksimuma çatdırır. Digər tərəfdən, çempionluğu artıq rəsmiləşdirən və bu qələbə ilə “qızıl dubl” etməyi planlaşdıran “Sabah”ın nümayiş etdirdiyi stabil oyun finalın gərgin və maraqlı keçəcəyindən xəbər verir.
Azərbaycan futbolsevərləri üçün əsl bayram abu-havasında keçəcək möhtəşəm finalın stara fiti sabah saat 20:00-da səslənəcək. Futbol mütəxəssisləri hər iki komandanın şanslarını yüksək qiymətləndirir, bu da finalın proqnozlaşdırılmayan ssenari ilə keçəcəyinə işarə edir.