Premyer Liqada növbəti turun oyunlarını idarə edəcək baş hakimlərin siyahısı açıqlanıb. Üç günü əhatə edəcək turun proqramı və ədalət təmsilçiləri aşağıdakı kimidir:
8 may
16:30. “İmişli” – “Zirə”
Məkan: Quba şəhər stadionu (OSK)
Baş hakim: Kamranbəy Rəhimov
19:30. “Sabah” – “Kəpəz”
Məkan: “Bank Respublika Arena” (Masazır)
Baş hakim: Elvin Bayramov
9 may
17:00. “Qəbələ” – “Qarabağ”
Məkan: Qəbələ şəhər stadionu
Baş hakim: İnqilab Məmmədov
19:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Məkan: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Baş hakim: Rəvan Həmzəzadə
10 may
17:00. “Turan Tovuz” – “Karvan-Yevlax”
Məkan: Tovuz şəhər stadionu
Baş hakim: Əkbər Əhmədov
19:30. “Neftçi” – “Şamaxı”
Məkan: “Palms Sports Arena” (Bakı)Baş hakim: Tural Qurbanov