Zelim Kotsoyev bürünc medal şansını itirdi

19.04.26 | 17:25
Digər növlər

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatında gözlənilməz hadisə yaşanıb. $100$ kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Zelim Kotsoyev bürünc medal uğrunda həlledici görüşə buraxılmayıb.

Buna səbəb idmançımızın niderlandlı Simeon Katarina ilə qarşılaşdığı yarımfinal döyüşündə qaydaları pozması olub. Kotsoyev icazə verilməyən fənd tətbiq etdiyi üçün hakim tərəfindən birbaşa “hansoku-make” (diskvalifikasiya) qərarı ilə cəzalandırılıb. Beynəlxalq qaydalara əsasən, bu cür cəza alan idmançı təsəlliverici medal görüşlərindən kənarlaşdırılır.

Yarışın son günündə xalçaya çıxan digər təmsilçilərimiz — Mədina Xaisinova (+78 kq) və Kənan Nəsibov (+100 kq) rəqiblərinə müqavimət göstərə bilməyərək turniri mükafatsız başa vurublar.

Xatırladaq ki, daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medala sahib çıxıblar. Turnirə bu gün yekun vurulacaq.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41