Muriç: Bu insanlar dəli olub! Mən hara, “Qızıl top” hara?

13.04.26 | 21:48
Dünya futbolu

İspaniya La Liqasının 31-ci turunda “Malyorka” öz meydanında “Rayo Valyekano”nu qəbul edib. Qarşılaşma meydan sahiblərinin kosovolu hücumçusu Vedat Muriçin tarixi performansı ilə yadda qalıb. Təcrübəli forvard vurduğu qollarla həm komandasını təhlükəli zonadan uzaqlaşdırıb, həm də klubun tarixinə adını qızıl hərflərlə yazdırıb.

Matçın 36-cı dəqiqəsində künc zərbəsindən sonra uzaq dirəkdə topu tora qovuşduran Muriçi, hesabı açıb. Bu qoldan cəmi 4 dəqiqə sonra Luvumbonun başladığı hücumu dəqiq zərbə ilə tamamlayan 31 yaşlı hücumçu dublunu rəsmiləşdirib.

Bu qollarla La Liqada “Malyorka” forması ilə vurduğu qolların sayını 55-ə çatdıran Vedat Muriç, dünya futbolunun əfsanəsi Samuel Eto’o-nun (54 qol) rekordunu qıraraq, klubun İspaniya çempionatı tarixindəki ən məhsuldar oyunçusu olub.

“Son Moiks” stadionunu dolduran minlərlə azarkeş kosovolu ulduzun bu uğurunu ayaqüstə alqışlayıb. Stadionda səslənən “Muriç, qızıl top!” sədaları futbolçunun özünü də təəccübləndirib. Oyunsonrası müsahibəsində azarkeşlərin bu sevgisinə yumorla yanaşan Muriç belə deyib: Bu insanlarhəqiqətəndəli olublarMən hara, “Qızıl top” haraBu torpağa ayaq basdığım ilk gündən bəri azarkeşlərimizi və klubumuzu çox sevirəmOnların mənə olan bu dəyəri qürurvericidiramma Qızıl top” məsələsi reallıqdan bir qədər uzaqdır“.Muriçin dublu sayəsində qazanılan bu qələbə “Malyorka”ya nəfəs aldıraraq onları aşağı pillələrdən uzaqlaşdırıb. Şəhərin yeni qəhrəmanına çevrilən hücumçu, klubun simvollarından biri olduğunu bir daha sübut edib.

Paylaş:

Xəbər Lenti

TV PROQRAM

17.04.26 | 11:16

Messidən sürpriz investisiya: İspaniya klubunu satın aldı

17.04.26 | 07:32

“Real “da böhran: Arbeloa gedir, Zidan isə “yox” dedi

17.04.26 | 07:33

“Mançester Siti”də bir dövrün sonu: Silva “Etihad”la vidalaşır

17.04.26 | 07:54

Kassano ilə Ronaldo arasında “WhatsApp” qalmaqalı: “Mənə hörmətsizlik etmə!”

17.04.26 | 07:49

Konfrans Liqasında yarımfinalın adı bəllidir

17.04.26 | 07:13

Avropa Liqasının 1/4 final yekunları: “Villa” darmadağın etdi, “Braqa”dan möhtəşəm geridönüş

17.04.26 | 07:44

Nicat Abasov Avropa çempionatında zirvəni ələ keçirdi

17.04.26 | 00:21

Cüdoçularımız Düşənbəyə yollanır

16.04.26 | 18:04

Manafov CAR-a qayıdır: Müdafiəçinin “Qəbələ” macərası başa çatır

16.04.26 | 17:51

Şümşad Bəhramov: “Cüdo tarixi belə ədalətsizlik görməyib”

16.04.26 | 17:39

Cüdoçularımız qitə çempionatında medal mübarizəsini davam etdirir

16.04.26 | 14:47

Turun hakim təyinatları bəlli oldu

16.04.26 | 14:34

Portuqaliyada qələbə

16.04.26 | 14:29

Rui Jorjenin korpusu formalaşır: U-21-də yeni təyinat

16.04.26 | 14:34

“Sabah” – “Qarabağ” matçına biletlərin üçdə biri artıq satılıb

16.04.26 | 14:09

Avropa çempionatı: Ağayev yarımfinalda, Həmidovadan böyük sensasiya

16.04.26 | 13:46

Konfrans Liqası: Fransada ümid, digər meydanlarda möcüzə axtarışı

16.04.26 | 13:07

Avropa Liqasında status-kvo qorunacaq, yoxsa sürpriz baş verəcək?

16.04.26 | 13:35

Messiyə şok ittiham: Məhkəmə qarşısında!”

16.04.26 | 09:20