Ayxan Abbasov ayrılıq anonsunu verdi!

11.04.26 | 20:26
Ölkə futbolu

Premyer Liqanın 27-ci turunda öz meydanında “Qarabağ”la qolsuz heç-heçə edən “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında maraqlı açıqlamalarla diqqət çəkib. Təcrübəli mütəxəssis həm komandasının əzmkar oyununu dəyərləndirib, həm də gələcək karyerası ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

Ayxan Abbasov əvvəlcə sıx qrafikə və itkilərə baxmayaraq, meydanda sona qədər döyüşən futbolçularına və dəstəyə görə azarkeşlərə təşəkkür edib. O, “Qarabağ”ın hər oyuna final kimi çıxdığını vurğulayaraq, rəqibə qarşı xüsusi planla oynadıqlarını bildirib: “Oyuna hazırlaşmaq üçün vaxtımız az idi, çox yorulmuşduq və meydana ciddi itkilərlə çıxmışdıq. Sona qədər mübarizə apardıqlarına görə komandama minnətdaram. Çempionatda hər xal bizim üçün qızıl qiymətindədir və bu tempi qorumaq vacibdir. Mövsümün əvvəlindən bilirdik ki, əzmkarlığımız bir qədər aşağı düşsə, liqada qalmaqda çətinlik çəkəcəyik. Bu gün məhz “Qarabağ” amilinə görə məcburi şəkildə fərqli taktika ilə oynadıq. Sevindirici haldır ki, komanda dəyişikliklərə və yeni tapşırıqlara tez adaptasiya olur. Bu gün meydanda Orucun çıxışını isə xüsusilə bəyəndim”.

Komandanın əsas qol silahı Rossinin yoxluğunun təsirindən danışan Abbasov, istənilən aparıcı oyunçunun itkisinin oyunlarına mənfi təsir etdiyini gizlətməyib. Növbəti turda cəzalı duruma düşən əsas qapıçı Rikardonun yoxluğuna da toxunan mütəxəssis, bu vəziyyəti gənc oyunçular üçün bir fürsət kimi qiymətləndirib: “Rikardo hazırda Azərbaycan çempionatının ən yaxşı qapıçılarından biridir. Lakin bir tərəfdən də gənc Abdullaha şans verə biləcəyim üçün sevinirəm. Ümumiyyətlə, qarşıdakı turlarda əsas heyətdə debüt etməyi gözləyən hər kəsə şans verəcəyəm”.

Mətbuat konfransının ən diqqətçəkən məqamı isə mövsümün sonunda “Şamaxı”ya Şərqi Avropadan yeni baş məşqçi gətiriləcəyi ilə bağlı yayılan xəbərlərə verilən cavab olub. Baş məşqçi klubdan ayrılma ehtimalının yüksək olduğunu açıq şəkildə ifadə edib:

“Şamaxı” mənim üçün doğma klubdur və burada fəaliyyətimi davam etdirmək istəyərdim. Lakin komanda maddi cəhətdən mütləq möhkəmlənməlidir. İki ildir ki, böyük çətinliklərlə üzləşsək də, vəziyyətdən çıxış yolu tapmağa çalışmışıq. Düşünürəm ki, klub hazırda doğru yoldadır və gələcək inkişaf üçün düzgün qərarlar verilməlidir. Səmimi deyim ki, ilk dəfədir ki, çalışdığım klubdan bu qədər rahat gedirəm”.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevllə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13