Paris medalları yeniləndi: Maqomedovla Cəfərova yeni mükafatları təqdim olundu

09.04.26 | 17:43
Digər növlər

Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Toplantıdan sonra jurnalistlərə açıqlama verən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə həm iclasın nəticələri, həm də idman ictimaiyyətini maraqlandıran bir sıra mühüm məqamlara aydınlıq gətirib.

Günün ən diqqətçəkən hadisəsi Paris-2024 Yay Olimpiya Oyunlarında qazanılmış bəzi medalların yeniləri ilə əvəzləməsi olub. Ç. Hüseynzadə bildirib ki, bəzi medalların üzlük qatında yaranmış problemlə bağlı müraciət müsbət cavablandırılıb: “Nəhayət, Olimpiya medalları yenisi ilə əvəz olundu və biz onları idmançılarımıza təqdim etdik. Əsasən Qaşım Maqomedovun (gümüş) və Həsrət Cəfərovun (bürünc) medalları yararsız vəziyyətdə idi. Digər mükafatçılarımız — Hidayət Heydərov, Zelim Kotsoyev, Alfonso Dominqes, Maqomedxan Maqomedov və Giorgi Meşvildişvili ilə əlaqə saxladıq, onlar öz medallarında hər hansı problem olmadığını bildirdilər”.

Azərbaycanın müstəqil dövlət kimi qatıldığı ilk Olimpiada olan “Atlanta-1996″nın qarşıdan gələn 30 illik yubileyi genişmiqyaslı tədbirlərlə qeyd olunacaq. Vitse-prezidentin sözlərinə görə, bu tarixi hadisə münasibətilə xüsusi kitab dərc olunacaq və sənədli film çəkiləcək. Filmdə Azərbaycan nümayəndə heyətinin nadir görüntüləri və fotoları yer alacaq. Bundan başqa, yubiley çərçivəsində həmin illərdə zəhməti olan, lakin hazırda unudulmuş simalar yad ediləcək.

İclasda idmanın inkişaf strategiyası ilə bağlı mühüm qərarlar qəbul edilib. Xüsusilə komanda idman növlərindəki boşluqları doldurmaq üçün Ekspertlər Şurası yaradılır. Şurada hər idman növü üzrə bir mütəxəssis təmsil olunacaq ki, bu da MOK-un həmin sahələrdəki fəaliyyətdən daha yaxından xəbərdar olmasına şərait yaradacaq.

Çingiz Hüseynzadə sonda qeyd edib ki, MOK-un fəaliyyəti bundan sonra da fəal fazada davam edəcək, mütəxəssislərin hazırlığı və yeni layihələrin icrası prioritet təşkil edəcək.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41