ÇL: “Atletiko”dan “Kamp Nou”da qələbə

08.04.26 | 23:09
Dünya futbolu

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarının ikinci günü böyük sürprizlə yadda qaldı. “Atletiko” Barselonadakı tarixi qələbəsi ilə illərdir davam edən həsrətinə son qoydu, PSJ isə doğma meydanda “Liverpul”a “futbol dərsi” keçdi.

Günün mərkəzi qarşılaşması “Kamp Nou”da baş tutdu. Madrid təmsilçisini qəbul edən “Barselona” azarkeşlərini məyus etdi. Oyunun gedişatını Xulian Alvaresin mükəmməl cərimə zərbəsi dəyişdi. Argentinalı ulduz topu birbaşa tora göndərərək hesabı açdı. İkinci hissədə isə Aleksander Sörlot son nöqtəni qoyaraq madridlilərin 2:0 hesablı qələbəsini rəsmiləşdirdi.

Bu qələbə “Atletiko” üçün sadəcə cavab oyunu öncəsi üstünlük deyil, həm də böyük bir psixoloji baryerin aşılması deməkdir. “Hindlular” 2006-cı ildən bəri ilk dəfə “Kamp Nou”dan qalib ayrılaraq, 25 oyunluq uğursuz seriyaya son qoydular.

Matçın qəhrəmanı Xulian Alvares bu qolu ilə “Atletiko”in tarixinə adını qızıl hərflərlə yazdı. Bu, argentinalı hücumçunun ÇL-ın cari mövsümündə 9-cu qol oldu. Bununla da Alvares, bir mövsümdə ən çox qol vuran “Atletiko” oyunçusu ünvanını ələ keçirdi. Əvvəlki rekord 2013/14 mövsümündə 8 qol vuran Dieqo Kostaya məxsus idi.

“Barselona” üçün gecə həm də mənfi rekordla yadda qaldı. Klub ardıcıl 14-cü matçdır ki, ÇLL-də qapısını toxunulmaz saxlaya bilmir. “Göy-qırmızılılar” sonuncu dəfə 2025-ci ilin aprelində Dortmund “Borussiya”sı ilə oyunda (4:0) qol buraxmayıb.

Gecənin digər maraqlı qarşılaşması Parisdə keçirildi. PSJ doğma divarlar arasında İngiltərə nəhəngi “Liverpul”u 2:0 hesabı ilə məğlub etdi. Oyunun hələ 11-ci dəqiqəsində Dezirye Due hesabı açdı, 65-ci dəqiqədə isə Xviça Kvaratsxeliya fərqi artıraraq qələbəni təmin edib.

Dezirye Due vurduğu qolla turnirin tarixinə düşdü. 20 yaş 309 günlüyündə olan Due, ÇL-də 10 qol həddinə çatan 6-cı ən gənc futbolçu oldu. Bu siyahıya 18 yaş 248 günlüyündə rekord qıran Lamin Yamal başçılıq edir.

Həm “Barselona”, həm də “Liverpul” üçün vəziyyət kifayət qədər çətindir. Səfərdə iki top fərqi ilə qələbə qazanan “Atletiko” və evdə inamlı oyun nümayiş etdirən PSJ yarımfinala bir addım daha yaxınlaşıblar.

Ancaq hər iki cütün taleyinə aprelin 14-də keçiriləcək cavab qarşılaşmalarında aydınlıq gələcək.

Çempionlar Liqası. 1/4 final, ilk oyunlar

“Barselona” – “Atletiko” 0:2

X. Alvares, 45. Sörlot, 70.

PSJ – “Liverpul” 2:0

Due, 11. Kvaratsxeliya, 65

Paylaş:

Xəbər Lenti

Romariodan “xəyanət qolu”

09.04.26 | 07:43

Şərqi Avropa intizamı Niderland hücumuna qarşı: Arda Turanın çətin imtahanı

09.04.26 | 07:00

İngilislər çətin səfərlərdə, İspaniya təmsilçisi Almaniya sınağında

09.04.26 | 07:36

Mudrikdən gözlənilməz addım: Ukrayna Futbol Federasiyası məhkəməyə verildi

09.04.26 | 07:21

Tamblinqçilərimiz Avropa çempionatında finala adladılar

08.04.26 | 23:01

“Sabah”dan Çempionlar Liqasında tarixi qələbə

08.04.26 | 23:27

“Braqa” və “Betis”dən sülh: Yarımfinalın taleyi Sevilyada həll olunacaq

08.04.26 | 23:33

ÇL: “Atletiko”dan “Kamp Nou”da qələbə

08.04.26 | 23:09

İspanların  Almaniya təhlükəsi hələ sovuşmayıb

08.04.26 | 18:32

“Bernabeu”da Noyer şousu: Tarixi rekord və Messiyə çatan alman qolkiper

08.04.26 | 17:26

“Araz-Naxçıvan”ın forvardı yubileyini qeyd etdi

08.04.26 | 15:29

“Liverpul” Paris cəhənnəmində, “Barselona” “Atletiko” səddinə qarşı

08.04.26 | 14:20

Luçeskudan son etiraf: Ölüm yatağında Türkiyə matçının həyəcanını yaşayıb

08.04.26 | 13:18

UEFA Avropa Liqası: 1/4 final mərhələsi start götürür

08.04.26 | 13:46

Kamilo Duran tarixə düşdü

08.04.26 | 12:29

Avropa çempionatında “Azərbaycan derbisi”

08.04.26 | 12:09

“Sabah”dan səfər yubileyi: 120-ci oyunda 50-ci qələbə

08.04.26 | 12:14

Dünya futboluna ağır itki: Mirça Luçesku vəfat etdi

08.04.26 | 06:19

ÇL: “Bavariya” və “Arsenal”ın səfər qələbəsi

07.04.26 | 23:31

Vadar Nuriyev: “Hakimin qərarları oyunumuza birbaşa təsir etdi”

07.04.26 | 23:43