“Liverpul” Paris cəhənnəmində, “Barselona” “Atletiko” səddinə qarşı

08.04.26 | 14:20
Dünya futbolu

Bu gün Avropanın ən nüfuzlu klub turnirində iki möhtəşəm qarşılaşma baş tutacaq. Barselonada İspaniya derbisi, Parisdə isə nəhənglərin savaşı isə yaşanacaq.

PSJ – “Liverpul”: Revanş, yoxsa təkrar?

Paris “Park de Prens” stadionunda keçən ilin finalçısı və çempionu PSJ, yaralı “Liverpul”u qəbul edəcək.

PSJ-nin vəziyyəti: Luis Enrikenin komandası ideal formadadır. “Çelsi”ni turnirdən kənarlaşdıran parislilər, yerli liqada da rotasiyalar sayəsində əsas heyəti dincəldə biliblər. Bredli Barkola və Fabian Ruistin zədə problemləri olsa da, komandanın ümumi tonusu çox yüksəkdir.

“Liverpul”un vəziyyəti: Arne Slotun rəhbərliyi altında “qırmızılar” çətin günlər keçirir. “Mançester Siti”yə 4 apreldəki ağır məğlubiyyət (0:4) və Alisson, Konor Bredli kimi əsas simaların yoxluğu komandada ciddi boşluqlar yaradıb.

Statistika: Son 5 səfər matçında cəmi 1 qələbə qazanan “Liverpul” üçün Paris səfəri olduqca təhlükəli görünür.

Barselona – Atletiko: Taktikalar müharibəsi

İspaniya nəhəngləri son bir ildə bir-birinə o qədər rəqib olublar ki, ortada demək olar heç bir sirr qalmayıb.

“Barselona”nın üstünlüyü: Hans-Diter Flikin komandası La Liqada 7 xallıq fərqlə liderdir və bu, onlara diqqəti tam Çempionlar Liqasına yönəltməyə imkan verir. “Nyu-kasl”ı inamla keçən katalonlar, son 9 oyunda məğlubiyyət üzü görməyiblər. Robert Levandovskinin start heyətinə qayıdışı hücum xəttini daha da kəskinləşdirəcək.

“Atletiko”nun problemi: Dieqo Simeone üçün bu turnir mövsümün yeganə xilas yoludur. Lakin “hindular”ın səfər statistikası acınacaqlıdır – komanda ardıcıl 3 məğlubiyyət alıb və müdafiədə ciddi səhvlərə yol verir.

Fakt: Bu iki komanda arasındakı son 8 oyunda 32 qol vurulub (hər oyuna orta hesabla 4 qol). Bu, adətən “qapalı” hesab edilən bu cütlük üçün gözlənilməz statistikadır.

Çempionlar liqası, 1/4 final

23:00: Barselona (İspaniya) – Atletiko (İspaniya) İctimai TV

Baş hakim: İştvan Kovaç (Rumıniya)

23:00: PSJ (Fransa) – Liverpul (İngiltərə) CBC Sport

Baş hakim: X.M. Sançes Martines (İspaniya)

Paylaş:

Xəbər Lenti

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05